Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir
Aygun Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
2021- ci il iyunun 15- i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı.
Şuşa Bəyannaməsi məhz Azərbaycan xalqının Qurtuluş günü- 15 iyun tarixinə Qarabağ Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100 - ci ildönümünə təsadüf etmişdir. Həmçinin 15 iyun 2021- ci il tarixindən başlayaraq Bakı və Ankara arasında hərbi- siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, ve sərhədlərimizə təhdid hallarının yaranması nəticəsində həmişə ölkəmizin yanında olacağını bəyan etmişdir.
Türkiyə və Azərbaycan liderləri həm regionda, həm də xarici ölkələr arasında böyük nüfuz qazanmışlar. Bu, qardaşlığımızın simvolu kimi qiymətləndirilir. Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəkdir.
2020-ci ilin payızında Qarabağda müharibənin Azərbaycanın qalibiyyəti ilə nəticələnməsi, Zəngəzur vasitəsi ilə yeni nəqliyyat dəhlizinin açılması Ermənistanı təşvişə saldı. Geosiyasi proseslərin artması, bir sıra dövlətlərin baxışı ermənilərin əhəmiyyətli dərəcədə mənfur fikirlərini alt üst etdi.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyasının nümunəsidir. Beləliklə sənədə əsasən, beynəlxalq münasibətlərin inkişafı, yerli bölgə və qlobal təhlükəsizlik sabitlik məsələlərinin həlli üçün birgə səylər göstəriləcək “44” günlük Vətən müharibəsi nəticəsində həmişə yanımızda olan Türkiyə tarixə imza atdı. Bu tarixi yaşadan Vətən oğullarının qarşısında baş əyirik.
Qarabağ Azərbaycandır!