Şuşa bizim əyilməz ruhumuzun rəmzidir
Zəkiyə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi
Şuşa Azərbaycanın ən əziz güşəsidir. Bu Azərbaycan xalqının yaratdığı sadəcə bir şəhər deyil, böyük bir tarixi abidədir. Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev
Azərbaycan mədəniyyətinin beşiyi, görkəmli musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyətinə misilsiz tövhələr vermiş dahi şəxsiyyətlərin vətəni olan Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur.
Şuşa şəhərinin XX əsrin ikinci yarısından başlayaraq sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Qəbul edilmiş qərarlar, mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi üçün atılmış addımlar ötən dövr ərzində bu şəhərin Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna əhəmiyyətə malik olub.
Strateji mğvqeyi ilə seçilən Şuşa şəhəri Azərbaycana qarşı hərbi təcavüzə başlayan Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ilin may ayının 8-də işğal edilib. İşğal edildiyi illər ərzində şəhərdəki yüzlərlə tarixi və mədəniyyət abidələri, məktəblər, məscidlər vəhçicəsinə dağıdılmışdır.
2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 8-dək davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı.Ali Baş Komandan cənab İlham əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu Şuşa şəhərini işğaldan azad etdi.
Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqlarımızı öz canı-qanı bahasına zad edən şəhidlərimizin ruhu qarşısında baş əyirik.Şuşa bizim əyilməz iradəmizin rəmzidir.
Artıq Şuşada geniş miqyaslı abadlıq-quruculuq işləri gedir.Şuşaya səfərim zamanı bütün bunları öz gözümlə gördüm. Heydər Əliyev Fondu tərəfindən M.P.Vaqifin büstünün və muzey məqbərə kompleksinin rastavirasiyası, dahi bəstəkar Üzeyir Hacıbəyov heykəlinin, Bülbülün ev muzeyinin, Aşağı, Yuxarı Gövhər Ağa məscidlərinin, Mehmandarovların malikanə kompleksinin bərpası hər kəsdə böyük qürur hissi yaradır.
15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında müttəfiklik haqqında “Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu ilin may ayının 10 –da Ulu Öndərin 101 illiyi münasibəti ilə Şuşada Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalınında Azərbaycan mədəniyyyət ictimaiyyətinin nümayəndələri ilə yanaşı xarici dövlətlərin səfirləri, İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki iştirak edib. Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.
Prezident cənab İlham Əliyev Şuşa şəhərinə köçmüş sakinlərlə görüşmüş, buradan dünya ictimaiyyətinə tutarlı mesajlar göndərməklə xalqımızın sülhsevər siyasətini bir daha bəyan etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olmuş və Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etmişdilər. Əminliklə deyə bilərəm ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazı, dünyanın ən gözəl yerlərindən biri olacaq.