Avqustun 10-da Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Hövsan Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində xalq yazıçısı, dramaturq, şair, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüş keçirilmişdir.
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, YAP Suraxanı Rayon təşkilatının sədr müavini Salman Əbdülov, RİHB-nin müavinləri, şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, mədəniyyət müəssisələrinin nümayəndələri, rayon sakinləri, gənclər və ziyalılar iştirak etmişlər.
Görüş qonaqlar tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanaraq görkəmli yazıçının yaradıcılığı ilə bağlı suallar cavablandırılmış, səmimi söhbətlər aparılmışdır.
Həmçinin, RİH başçısı Əziz Əzizov görüşün keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirərək, bu gün ölkə başçımız cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla dövlətimiz tərəfindən mədəniyyətimizin tərəqqisinə böyük diqqət göstərildiyini vurğulamışdır. O, həmçinin qeyd etmişdir ki, Azərbaycanın ən qədim tarixini özündə yaşadan Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilərək orada yüksək səviyyəli tədbirlərin keçirilməsi dövlətimiz tərəfindən mədəniyyətimizə və mədəniyyət nümayəndələrimizə verilən dəyərin ən böyük ifadəsidir.
YAP Suraxanı rayon təşkilatının gənc fəalları Anarın yaradıcılığı ilə bağlı müzakirələrdə fəal iştirak etmişlər. Tədbirin sonunda xalq yazıçısı oxucuların suallarını cavablandırdı. Anar tədbirin keçirilməsində əziyyəti olanlara öz dərin minnətdarlığını bildirdi.
Xoş əhval-ruhiyyə ilə keçən görüşdə xatirə şəkilləri çəkilib.