Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat Vyetnam-Azərbaycan əlaqələrini yüksək pilləyə qaldıran sənəddir

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor müavini
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Prezidenti İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmətə, dostluğa və etimada əsaslanır.
Prezident cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama, 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açmışdır.
Ölkəmizin başçısı bu əlaqələri yüksək qiymətləndirərək demişdir: “ Bu gün imzalanmış sənədlər arasında Azərbaycan və Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. ”
Respublikamız Vyetnam ilə əksər mühüm istiqamətlərdə, o cümlədən, mədəniyyət, humanitar, təhsil sahəsində də əməkdaşlıq edir. Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı tələbə təhsil almış və daha sonra vətənlərinə qayıdaraq məsul vəzifələrdə çalışmışdılar.
Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi əlaqələrin möhkəmləndirilməsinin ən perspektivli istiqamətlərindən biri olan turizmin inkişafı isə iki ölkə vətəndaşlarının bir - birinin mədəniyyətinə və tarixinə marağının artmasına gətirib çıxaracaqdır. Prezident cənab İlham Əliyev Bakı ilə Hanoy arasında birbaşa aviareysin açılmasının zəruriliyini vurğulayır. Eyni zamanda Prezident ekoloji siyasət, səhiyyə,təhsil və innovasiya sahələrində də əməkdaşlıq imkanlarının olduğunu xüsusi qeyd edir.
Prezident cənab İlham Əliyevin Vietnam News Agency agentliyinə verdiyi müsahibə, Azərbaycan və Vyetnam aqrasında çoxşaxəli və dinamik əməkdaşlığın əyani sübutudur.