Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir

Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatının Zığ qəsəbəsi Qum adası (SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsi) ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə görüş keçirilmişdir.
İclasa sədrlik edən ƏPT sədri İskəndər Şirəli YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra təmsil olunduqları qurumun ümumi fəaliyyəti, neft-qaz sənayesi sahəsində son illər ərzində aparılan islahatlar, neftçilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, əldə olunan uğurlar və nailiyyətlər haqqında, ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq tədbirlər planı və iş planına müvafiq olaraq görülmüş işlər haqqında məlumat verdi.

ƏPT-nin sədr müavini Faiq Zeynalov yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması haqqında məlumat verdi.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr mqavini Salman Əbdülov YAP üzvləri qarşısında çıxış edərək demişdir ki, Zığ qəsəbəsi Qum adası ünvanında yerləşən ərazi partiya təşkilatının üzvləri öz fəallıqları ilə rayonun ictimai-siyasi həyatında müsbət mənada fərqlənməyi bacarmışlar. Salman Əbdülov ölkənin əldə etdiyi uğurlara və bu uğurların qorunub saxlanması naminə vətəndaşların həmrəylik məsələsinə toxunaraq demişdir ki, hər bir YAP üzvü öz ölkəsinin inkişafı naminə ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşməlidir. S.Əbdülov eyni zananda YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.