Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir

Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Hüseyağa Hüseynov küçəsi 64 (Əlillərin Respublika Reablitasiya Mərkəzi) ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülovun iştirakı ilə görüş keçirilmişdir.

 ƏPT sədri Nabat Abdulova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra təmsil olunduqları qurumun ümumi fəaliyyəti, səhiyyə sahəsində son illər ərzində aparılan islahatlar, tibb işçilərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, əldə olunan uğurlar və nailiyyətlər haqqında məlumat verdi. 

ƏPT sədr müavini Mədinə Əliyeva çıxış edərək ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq tədbirlər planı və iş planına müvafiq olaraq görülmüş işlər haqqında məlumat verdi. Mədinə Əliyeva yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı geniş məlumat verdi.

ƏPT-nin fəal üzvü Gülnura Əsgərova öz çıxışında Azərbaycan cəmiyyətində baş verən hadisələrə, ictimai-siyasi proseslərə öz münasibətlərini bildirərək müntəzəm olaraq ölkəmizin inkişafı və uğurları barədə KİV-lərdə və sosial şəbəkələrdə aktivliyin təmin olunması və çıxışların edilməsi, müxtəlif mövzularda fikir mübadiləsinin aparılması ilə bağlı görülən iş haqqında məlumat verdi.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov YAP üzvləri qarşısında çıxış edərək demişdir ki, Yeni Suraxanı qəsəbəsi Hüseyağa Hüseynov küçəsi 64 (Əlillərin Respublika Reablitasiya Mərkəzi) ünvanında yerləşən ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxşdir.

Vüqar Seyidov xüsusi vurğulamışdır ki, ümumiyyətlə, tarixi reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Prezident, YAP-ın sədri cənab İlham Əliyevin tarixi xidmətləri ölkəmizi zirvələrə qaldırıb. Yerli təşkilatının sədri eyni zamanda YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra YAP üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.