Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir
YAP Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi Laçın Səlimov küçəsi 24 (79 nömrəli tam orta məktəb) ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun və məsləhətçisi Fərəh Məcidzadənin iştirakı ilə görüş keçirilmişdir.
ƏPT sədri Sevinc Hacızadə YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra təmsil olunduqları məktəbin ümumi fəaliyyəti, təhsil sahəsində son illər ərzində aparılan islahatlar, müəllimlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, əldə olunan uğurlar və nailiyyətlər, eyni zamanda ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq tədbirlər planı və iş planına müvafiq olaraq görülmüş işlər, yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı geniş məlumat verdi.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək bildirmişdir ki, Bülbülə qəsəbəsi Laçın Səlimov küçəsi 24 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qismən qənaətbəxşdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov YAP üzvləri qarşısında çıxış edərək demişdir ki, Bülbülə qəsəbəsi Laçın Səlimov küçəsi 24 ünvanında yerləşən ərazi partiya təşkilatında fəaliyyət göstərən YAP üzvləri öz aktivliyi, nümunəvi davranışları və vətənpərvər mövqeyləri ilə fərqlənməyi bacarmışlar. Yerli təşkilatın sədr müavini son günlər regionda və dünyada baş verən hadisələrə öz münasibətini bildirərək demişdir ki, Prezident, YAP-ın sədri cənab İlham Əliyevin tarixi xidmətləri ölkəmizi zirvələrə qaldırıb və onun uzaqgörən, müdrik siyasəti nəticəsində sülh şəraitində yaşayır və inkişaf edirik. Yerli təşkilatının sədr müavini eyni zamanda YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra YAP üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.