Suraxanı rayonunda “Xalqa bağışlanan ömür” adlı anım tədbiri keçirilmişdir

Suraxanı rayonunda “Xalqa bağışlanan ömür” adlı anım tədbiri keçirilmişdir
9 dekabr 2022-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqa bağışlanan ömür” adlı anım tədbiri keçirilmişdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı RİH başçısı aparatının əməkdaşı Mətanət Zeynalova, Fövqəladə Hallar Nazirliyi Akademiyasının kursant və zabitləri, idarə, müəssisələrin nümayəndələri, rayonda fəaliyyət göstərən məktəblərin şagird və müəllim kollektivləri iştirak etmişdirlər.
İlk öncə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsi ziyarət edilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmışdır. Daha sonra Ümummilli lider Heydər Əliyevə həsr olunmuş video-çarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin direktor əvəzi Zəkiyə Hacıyeva qonaqları salamlayaraq qeyd etdi ki, tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə ərmağan etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri barədə fikirlərini bildirərək qeyd etdi ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan ümummilli lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib. Bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.
Suraxanı Rayon İcra Hakimiyyətininin nümayənindəsi Mətanət Zeynalova Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışaraq qeyd etdi ki, Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edərək yeni-yeni uğurlara imza atır.
Tədbir qarşılıqlı diskussiya şəkilində davam etdi.