Suraxanı rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir

Suraxanı rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir

10 dekabr 2021-ci ildə Suraxanı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başladı.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçı Əziz Əzizov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının yeganə nicatı olduğunu vurğuladı. Əziz Əzizov xüsusi qeyd etdi ki, əgər Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər hakimiyyətə ikinci dəfə qayıtmasa idi, Azərbaycan Respublikası öz süverenliyini itirə bilərdi. İcra Hakimiyyətinin başçısı vurğuladı ki, bu gün əldə etdiyimiz şanlı Zəfərin özülü məhz Ümummilli Lider tərəfindən qoyulmuşdur.

YAP Suraxanı rayon təşkikatının sədri Vüqar Seyidov çıxış edərək bildirdi ki, Azərbaycan xalqı tarix boyu bir çox mötəbər dəyərlər yetişdirə bilmişdir. Lakin Ümummilli Lider Heydər Əliyev dəyərlilərin ən dəyərlisi kimi xalqın qəlbində özünəməxsus yer qazanmağı bacarmışdır. Onun xalqı qarşısında xidmətləri bir insanın edə biləcəklərindən çox böyük ölçüdə və miqyasda idi. Vüqar Seyidov vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev fövqəlbəşər insanlardan idi. Ümummilli Liderin sədaqəti, onun məhəbbəti bütün insanlığa yetərdi. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Ulu Öndər Heydər Əliyev insanlığı, yaradılmış bütün varlıqları sevirdi.

YAP Suraxanı rayon təşkilatının fəal gənci Aytac Cabbarova çıxış edərək bildirdi ki, bir gənc üçün Ulu Öndər Heydər Əliyev haqqında danışmaq böyük məsuliyyətdir və o, öz məsuliyyətini dərk edir. Daha sonra fəal gənc vurğulamışdır ki, Ümummilli Lider gənclərin azad, firəvan və xöşbəxt gələcəyinə inanırdı. Onun etimadı nəticəsində gənclər inkişaf edərək ölkəmizi də inkişaf etdirmişlər. Aytac Cabbarova xüsusi qeyd etdi ki, Ulu Öndər tərəfindən əsası qoyulan Dövlət Gənclər Siyasəti bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra anım tədbiri Suraxanı rayon məktəblilərinin ifasında bədii hissə ilə davam etmişdir.