Suraxanı Rayonunda Şəhid əsgər Şəhidi Fərzullazadə Mehdinin doğum günü ehtiramla yad edilmişdir
27 iyul Vətən Müharibəsi Şəhidi Şəhid əsgər Şəhidi Fərzullazadə Mehdi Zaman oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər ailənin qayğıları ilə maraqlanmışlar.
Şəhidimizin Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir. Daha sonra Şəhid Fərzullazadə Mehdinin məzun olduğu Suraxanı rayon 208 nömrəli tam orta məktəbdə onun xatirəsinə həsr olunmuş idman yarışı keçirilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.