Suraxanı rayonunda Şəhid Röyal Balaşzadə son mənzilə yola salındı

Suraxanı rayonunda Şəhid Röyal  Balaşzadə son mənzilə yola salındı

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz 2003-cü il təvəllüdlü Balaşzadə Röyal Atduxan oğlunun nəşi yaşadığı Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsinə gətirilərək ailə üzvləri və rayon ictimaiyyətinin iştirakı ilə vida mərasimi keçirilmişdir, Daha sonra şəhidimizin nəşi Xəzər Rayonu, Binə qəsəbəsi, Şəhidlər Xiyabanında dövlət himnimizin sədaları altında dəfn olunmuşdur.

Vida mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Etibar Əliyev, Musa Qasımlı, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayon Prokuroru Rəşid Mahmudov, rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, rayon ictimaiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirakı etmişlər.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk!