Suraxanı rayonunda şəhid İbrahim Həsənovun doğum günü ehtiramla qeyd olunub

Suraxanı rayonunda şəhid İbrahim Həsənovun doğum günü ehtiramla qeyd olunub

18 yanvar Ermənistan silahlı qüvvələri tərəfindən 12-14 sentyabr 2022-ci il tarixdə törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə yüksəlmiş əsgər Həsənov İbrahim Şöhrət oğlunun mövlud günüdür. Şəhidimizin mövludunun 19-cu ilinin tamam olması ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavinləri Könül Axundova, Fuad Cəbrayılov, digər rəsmi şəxslər, şəhid ailələrinin nümayəndələri şəhidin ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.

Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının nümayəndələri tərəfindən öncə şəhid İbrahim Həsənovun Bülbülə qəsəbəsində Şəhidlər Xiyabanında məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu qeyd edib..

 

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.