Suraxanı rayonunda şəhid İbrahim Həsənovun 40 mərasimi keçirilib.

Suraxanı rayonunda şəhid İbrahim Həsənovun 40 mərasimi keçirilib.
Sentyabrın 12-sindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə yüksəlmiş İbrahim Həsənovun Suraxanı rayonunda 40 mərasimi keçirilib. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə rəhbərləri, şəhid ailələri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti tərəfindən İbrahim Həsənovun Bülbülə qəsəbəsində Şəhidlər Xiyabanında məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Əziz Əzizov 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu qeyd edib.Mərasim iştirakçıları daha sonra Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidin əziz xatirəsinə açılmış ehsan süfrəsində iştirak ediblər.
Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.