Suraxanı Rayonunda şəhid Muxtar Qasımlının doğum günü məzun olduğu məktəbdə ehtiramla anılıb
Suraxanı rayonunda Vətən müharibəsi şəhidi Muxtar Əli oğlu Qasımlının doğum günü məzun olduğu 318 nömrəli tam orta məktəbdə ehtiramla anılıb. Şəhid Muxtar Qasımlının məzunu olduğu 318 saylı tam orta məktəbin təşkil etdiyi anım tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdulov, Milli Məclisin deputatı Etibar Əliyevin köməkçisi Pərvin Mahmudov, şəhidin ailə üzvləri, yaxınları iştirak etmişdir. Əvvəlcə, dövlət himni səsləndirildi və Muxtar Qasımlının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Əliqismət Səfərov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdulov və Milli Məclisin deputatı Etibar Əliyevin köməkçisi Pərvin Mahmudov torpaqlarımızın azadlığı uğurunda şəhid olan Azərbaycan Ordusunun əsgərlərinin igidlik və şücaətindən bəhs etmişlər. Çıxış edən natiqlər bildirmişlər ki, şəhid Muxtar Qasımlı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Tədbirdə şəhidin valideyinləri Əli Qasımov və Almaz Qasımova çıxış edərək göstərilən diqqətə görə 318 nömrəli məktəbin rəhbəri Əliqismət Səfərova, tədbirin təşkilində ən çox əziyyəti olan Nəcəfova Firuzə müəlliməyə və 2b sinfinin şagirdlərinə təşəkkür edərək minnətdarlıq bildirdilər.