Suraxanı rayonunda şəhid İsabala Hüseynovun mövlud günü qeyd olunub
15 sentyabr Vətən Müharibəsi şəhidi şəhid əsgər Hüseynov İsabala Ceyhun oğlunun mövlud günüdür. Şəhidimizin dünyaya gəlməsinin 21-ci ildönümü ilə əlaqədar, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.
Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının nümayəndələri öncə İsabala Hüseynovun Suraxanı rayon Əmircan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahını ziyarət etmiş, tər güllər düzmüş, dualar oxumuşlar.
Ziyarət əsnasında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, Vətən Müharibəsindən iki ilə yaxın zaman keçməsinə baxmayaraq Ermənistanın təxribatları davam edir. Təəssüf hissi ilə yeni şəhidlərin olduğunu qeyd edən yerli təşkilatın sədri Ali Baş Komandanın ətrafında xalqımızın yumruq kimi birləşdiyini bildirdi.
Qeyd edək ki, Qeyd edək ki, şəhid əsgər Hüseynov İsabala Ceyhun oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.