Suraxanı rayonunda “Rəqəmsal davranış” mövzusunda təlim keçirilmişdir

Suraxanı rayonunda “Rəqəmsal davranış” mövzusunda təlim keçirilmişdir
08 aprel 2026-cı il tarixdə Suraxanı Gənclər evində Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatı, Suraxanı Gənclər evi və Binəqədi Gənclər evinin  birgə təşkilatçılığı ilə Binəqədi Gənclər evinin əməkdaşı, təlimçi İsmayıl İsmayılov tərəfindən “Rəqəmsal davranış” mövzusunda təlim keçirilmişdir. Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının məsləhətçiləri Ənvər Haqverdiyev, Fərəh Məcidzadə və yerli təşkilatın fəal gəncləri iştirak ediblər.
Tədbirdə Təlimin keçirilməsində əsas məqsəd gənclərin rəqəmsal mühitdə düzgün davranış qaydaları barədə məlumatlandırılması, onların onlayn təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, həmçinin müasir dövrdə rəqəmsal platformalarda etik və məsuliyyətli davranışın təşviq edilməsi olmuşdur. Təlim zamanı iştirakçılara rəqəmsal təhlükəsizlik qaydaları, onlayn mühitdə təhlükəsizliyin təmin olunması yolları, netiket prinsipləri, kiber-gigiyena, şəxsi məlumatların qorunması və rəqəmsal izlərin idarə olunması mövzularında ətraflı məlumat verilmişdir. Eyni zamanda, gündəlik həyatda tez-tez rast gəlinən kiber risklər, onların qarşısının alınması üsulları və fərdi məlumatların təhlükəsizliyinin qorunmasının əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılmışdır.
Təlimdə Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi və sosial medya üzrə məsul şəxsi Ənvər Haqverdiyev çıxış edərək bildirmişdir ki, sosial şəbəkələrdə təhlükəsizlik məsələləri günümüzün ən aktual mövzusudur. Yeniyetmə və gənclərin sosial şəbəkələri doğru istifadə etmələri, ondan faydaları yararlanmaqları əhəmiyyətlidir.
Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, gənclər mövzuya diqqətlə yanaşaraq fəal iştirak etmiş və müzakirələrdə aktivlik nümayiş etdirmişlər.