Suraxanı rayonunda Qürurun zirvəsi” adlı tədbir keçirilmişdir
04 Noyabr 2025-ci ildə Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Qürurun zirvəsi” adlı tədbir keçirilmişdir.
Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, Suraxanı rayon İcra hakimiyyətinin nəzdində Layihə-Smeta bürosunun sədri Şaiq Səfərov, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, “Şəhid ailələri müdafiə cəmiyyəti” Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Suraxanı Rayon şöbəsinin sədri Eldar Rüstəmov iştirak etmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş videoçarx nümayiş olunub.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova çıxış edərək 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi daxil oldu. Azərbaycan Ordusunun gücünü. Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.
Daha sonra mərkəzin təşkil etdiyi “Mənim dövlətim, mənim hüququm, mənim zəfərim” adlı rəsm sərgisində iştirak edən məktəblilər arasında ziyarətçilərin sorğusu nəticəsində seçilən ən yaxşı üç rəsm işi təltif olunub.
Tədbir 3 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin və 37 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifalarında musiqi nömrələri və şeir kompozisiyaları ilə davam etdirilib.