Suraxanı rayonunda “QURTULUŞDAN SUVERENLİYƏ: MÜASİR ÇAĞIRIŞLAR FÖVQÜNDƏ AZƏRBAYCAN GƏNCLİYİNİN VƏZİFƏLƏRİ” adlı tədbir keçirilmişdir

Suraxanı rayonunda “QURTULUŞDAN SUVERENLİYƏ: MÜASİR ÇAĞIRIŞLAR FÖVQÜNDƏ AZƏRBAYCAN GƏNCLİYİNİN VƏZİFƏLƏRİ” adlı tədbir keçirilmişdir
13 iyun 2025-ci il tarixində Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının təqdimatında Suraxanı Gənclər Evinin birgə tərəfdaşlığı ilə keçirilən 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində  Suraxanı Gənclər Evində “15 iyun- Milli Qurtuluş Günü” münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Gənclər Evinin direktoru Cəbi Quliyev, Suraxanı rayon üzrə Gənclər və İdman sektorunun müdiri Amil Bağırov və digər rəsmi şəxslər iştirak etmişlər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan Suraxanı Gənclər Evinin direktoru Cəbi Quliyev gəncləri salamlayaraq bildirmişdir ki, Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov qeyd etmişdir ki, 15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi.
Suraxanı rayon üzrə Gənclər və İdman sektorunun müdiri Amil Bağırov çıxış edərək dedi ki, Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir.
Yeni Suraxanı bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Həqiqət Məmmədova bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu oldu.
Daha sonra çıxış edən YAP Suraxanı rayon təşkilatının fəal gəncləri Ayxan Aslanlı və Aysun Əliyeva bildirmişləri ki, Milli Qurtuluş ruhu həm də milli Vətənpərvər ruhun formalaşmasına xidmət etdi. Bu eşq və bu arzu o qədər böyük niyyətə çevrildi ki, hətta Ümummilli Liderin fiziki yoxluğunda belə biz öz yolumuzla Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işıqlı sabahlara doğru gedirik.