Suraxanı rayonunda “Müstəqilliyimiz əbədidir" adlı bədii kompozisiya keçirilib
26 may 2026-cı il tarixdə 114 nömrəli tam orta ümumtəhsil məktəbində “28 May – Müstəqillik Günü”nə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı bədii kompozisiya keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Ümüdvar Quliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə sektorunun müdiri Sevinc Ağayeva, 1 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Arzu Hacızadə, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.