Suraxanı rayonunda “Heydər Əliyevin mətbuata qayğısı və vətəndaş cəmiyyətinin qurulmasında əsas xətt” adlı dəyirmi masa keçirildi

Suraxanı rayonunda “Heydər Əliyevin mətbuata qayğısı və vətəndaş cəmiyyətinin qurulmasında əsas xətt” adlı dəyirmi masa keçirildi
19 iyul 2024-cü il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində 22 İyul – Milli Mətbuat Günü münasibətilə “Heydər Əliyevin mətbuata qayğısı və vətəndaş cəmiyyətinin qurulmasında əsas xətt” adlı dəyirmi masa keçirildi. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Mətanət Zeynalova, YAP Suraxanı rayon təşkilatının məsul əməkdaşı Fərəh Məcidzadə, Azərbaycan yazıçılar birliyinin üzvü, Qızıl qələm və Prezident mükafatçısı şair-publisist Zərifə Sufi, “Uğurlu yol” qəzetinin təsisçisi İlyas Rzayev, şair Məmməd Tahir, Suraxanı rayon 226 nömrəli məktəbin müəlliməsi, yazıçı-publisist Təranə Cəbiyeva, "Neftçi" qəzetinin təqaüddə olan əməkdaşı Nənəxanım Paşayeva, şairə Səadət Səda Novruz qızı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı respublika komitəsinin mədəni kütləvi işlər üzrə şöbə müdiri Əfsanə Gülməmmədova, “Ülfət” qəzətinin əməkdaşı Aliyə Səmədova, , ATF şirkətinin mühəndisləri Mehriban Nağıyeva və Kəmalə Quliyeva iştirak etmişdirlər.
Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən ovladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin fondun baş mühafizi Zəkiyə Hacıyeva çıxış edərək bildirdi ki, mətbuatımızın hamisi, jurnalistlərin yaxın dostu olan Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə mətbuatın cəmiyyətdə rolunu, təsir gücünü yüksək dəyərləndirib. Müdrik rəhbərin 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı sayəsində mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyub.
Suraxanı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Mətanət Zeynalova çıxış edərək dedi ki, son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin azad mətbuatın inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Biz bunu Azərbaycanda görürük. 
YAP Suraxanı rayon təşkilatının məsul əməkdaşı Fərəh Məcidzadə bildirdi ki, Azərbaycan mətbuatı Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün müasir dünyada özünə layiqli yer tapa bilib. Bu siyasi kursun ən layiqli davamçısı Prezident cənab İlham Əliyev də öz növbəsində demokratiyanın əsas göstəricilərindən sayılan söz azadlığı prinsipinin dövlətin, xalqın inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynaması üçün bütün qüvvələri səfərbər etmişdir.
Daha sonra çıxış edən digər natiqlər –  Azərbaycan yazıçılar birliyinin üzvü, “Qızıl qələm” və Prezident mükafatçısı şair-publisist Zərifə Sufi, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Türkan Hüseynova, “Uğurlu yol” qəzetinin təsisçisi İlyas Rzayev, şair Məmməd Tahir, Suraxanı rayon 226 nömrəli məktəbin müəlliməsi, yazıçı-publisist Təranə Cəbiyeva, Neftçi qəzetinin təqaüddə olan əməkdaşı Nənəxanım Paşayeva, şairə Səadət Səda Novruz qızı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin mədəni kütləvi işlər üzrə şöbə müdiri Əfsanə Gülməmmədova, “Ülfət” qəzətinin əməkdaşı Aliyə Səmədova,  ATF şirkətinin mühəndisləri Mehriban Nağıyeva və Kəmalə Quliyeva əsası H.B.Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının keçdiyi şanlı yoldan danışmış, mətbuatımızın inkişafında xalqımızın böyük oğlu ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açmışdırlar. Yazıçı, jurnalist və şairlərə göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış oldular.