Suraxanı rayonunda "Elmin nuru ilə öz xalqına nur olan əziz insan – Zərifə xanım Əliyeva" adlı tədbir keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və Hövsan Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə 28 aprel 2025-ci il tarixində Suraxanı Rayonu, Hövsan Sağlamlıq Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Elmin nuru ilə öz xalqına nur olan əziz insan – Zərifə xanım Əliyeva" adlı tədbir keçirilmişdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi Tağıyeva, Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev, 1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Fikrət Zeynalov, Suraxanı Sağlamlıq Mərkəzinin baş həkimi Günel Məmmədova, Suraxanı rayonu, 30 saylı ambulatoriyanın baş həkimi Gülşən Yusubova və digər rəsmi şəxslər iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmış, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən qısa videoçarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi Tağıyeva tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, akademik Zərifə xanım Əliyeva Zərifə xanım Əliyeva yalnız görkəmli alim kimi deyil, həm də nümunəvi insan, qayğıkeş ana, vətənpərvər ziyalı kimi tanınırdı.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bir çox maraqlı məqama toxunaraq dedi ki, Zərifə xanım həyat yoldaşı – Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin ən böyük mənəvi dayağı olmuşdur. Onlar bir-birini tamamlayan iki böyük şəxsiyyət olaraq ölkəmizin inkişafına və elmimizin tərəqqisinə böyük töhfələr vermişlər. Onların övladı, bu gün Azərbaycanın Prezidenti kimi ölkəyə rəhbərlik edən cənab İlham Əliyev də valideynlərinin irsini davam etdirərək, xalqına və dövlətinə ləyaqətlə xidmət edir.
Daha sonra çıxış edən natiqlər xüsusi vurğuladılar ki, bugünkü Azərbaycan qadınının elm, səhiyyə və ictimai həyatdakı uğurlarında Zərifə xanım Əliyeva kimi şəxsiyyətlərin izi, rolu danılmazdır. O, həm alim, həm qadın, həm ana, həm də vətəndaş kimi ömrünü insanların rifahına həsr etmiş, əbədiyaşar nümunəyə çevrilmişdir. Zərifə xanım Əliyeva ömrünü elmə, insanlara kömək etməyə, cəmiyyətə faydalı olmağa həsr etmiş örnək bir ziyalı idi.