Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, RİHB-nin müavinləri və əməkdaşları, şəhid ailələri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Suraxanı rayonunda çalışan dövlət qulluqçuları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər. Daha sonra RİHBA-nın akt zalında davam edən tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb və fəaliyyətlərində uğurlar diləyib. RİH başçısı qeyd edib ki, müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaqdır. Rayon rəhbəri öz çıxışında xüsusi vurğulayıb ki, Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür. Dövlət qulluğunun təkmilləşdirilməsinin əsas məqsədi ölkə vətəndaşlarının həyat səviyyəsini yüksəltmək və sosial rifahını təmin etməkdir. Azərbaycan Respublikası Prezidentinin mövqeyi hər bir dövlət qulluqçusu üçün örnək olmalı və onun irəli sürdüyü vəzifələr qeyd-şərtsiz yerinə yetirilməlidir. Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş RİHB-nin Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyevi təbrik edib və göstərilən etimada görə ölkə başçımıza dərin minnətdarlığını ifadə edib.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxışında bütün dövlət qulluqçularını təbrik edərək, doğma Vətənin davamlı və dayanıqlı inkişafı, daha da qüdrətlənməsi naminə onlara fəaliyyətlərində uğurlar arzulayıb. Vüqar Seyidov uzun müddət dövlət qulluqçusu kimi fəaliyyət göstərdiyini xatırladaraq xalqın, dövlətin xidmətində olmağı böyük fəxarət adlandırmışdır. Dövlət qulluğunda ləyaqətli xidmət etmək dövlətin inkişafına töhvə verməkdir deyən yerli təşkilatın sədri Prezident cənab İlham Əliyev tərəfindən təltif edilmiş bütün dövlət qulluqçularını təbrik etmişdir.
Həmçinin, tədbirdə iştirak edən Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov və Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik edib və bildiriblər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir, onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar.
Tədbirdə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən rayonun bir qrup dövlət qulluqçusu Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif ediliblər.