Suraxanı rayonunda “Əbədiyaşar Lider” adlı tədbir keçirilmişdir.

Suraxanı rayonunda “Əbədiyaşar Lider” adlı tədbir keçirilmişdir.

11.12.2023-cü il tarixində N.Həmidov adına 208 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar Lider” adlı tədbir keçirilmişdir. Tədbirdə Suraxanı RİH nümayəndəsi Anar Əsədullayev, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, şəhid Mehdi Fərzullazadənin anası Elvina Fərzullayeva, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etmişdir.

Tədbirdə xalqımızın tarixi şəxsiyyəti, Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın inkişafı üçün atdığı addımlar, Azərbaycançılıq ideologiyası, Zəfər tariximiz haqqında məlumat verildi və video çarxlar izlənildi. Heydər Əliyevə ithaf olunmuş şeirlər tədbir iştirakçıları tərəfindən söylənildi.