Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib

İyunun 14-də Bakı şəhəri Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən məktəbin direktoru Maxsud Əhmədov bildirdi ki, Bu gün məktəb həyatınızın ən yadda qalan günlərindən biridir – Son zəng günü! Sizin üçün illərlə davam edən zəhmətin, əzmin və əsl dostluqların son akkordu səslənir. Hər birinizi ürəkdən təbrik edir, gələcək həyatınızda uğurlar arzulayıram.
Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəfiqə Məmmədova çıxış edərək “Son zəng” münasibətilə bütün məzunları təbrik edib. O, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının təbrikini diqqətə çatdırıb.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun salamlarını, xoş arzularını, diləklərini məzunlara çatdırıb. Fərəh Məcidzadə qeyd etmişdir ki, bir zamanlar partaları arxasında əyləşən birincilər bu gün yeni həyata qədəm qoyurlar. Bu yeni həyatda məzunlara uğurlar arzulayan yerli təşkilatın məsləhətçisi əmin olduğunu bildirdi ki, məzunların böyük əksəriyyəti ali məktəbə qəbul olacaqlar.
Tədbir bədii hissə ilə davam etdirilib və ənənəvi olaraq “Son zəng” çalınıb.