Suraxanı rayonu 315 nömrəli tam orta məktəbdə ”Ana dilim, yaşa dilim” adlı tədbir keçirilmişdir
21 fevral - Beynəlxalq Ana Dili günü ilə bağlı Suraxanı rayonu 315 nömrəli tam orta məktəbdə ”Ana dilim, yaşa dilim” adlı tədbir keçirilmişdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və digər rəsmi şəxslər iştirak etmişdir. Tədbiri direktor səlahiyyətlərini müvəqqəti icra edən Leyli Rüstəmova açıq elan etdi. Tədbirdə milləti birləşdirən, özgürlüyünün qorunub saxlanmasında və gələcək nəslə ötürülməsində əvəzedilməz rolu olan mili dilin saflığı, təmizliyi, onun qorunub gələcək nəsillərə ötürülməsindən danışıldı.
Tədbirdə Elnarə Bağırovanın təşkilatçılığı ilə 3 "a" sinif şagirdləri fəal iştirak etdilər. Öz mahnı və şeirləri ilə tədbirin əsas məqsəd və amalını bir daha vurğuladılar.
Sonda YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov şagirdlərə - iştirakçılara dilin ən şirin nemət olduğunu, hər bir xalqı onun dilinin yaşatdığını söylədi.