Suraxanı rayonu 279 nömrəli tam orta məktəbdə "Ekoloji mühit və ekoloji tarazlıq bizim mövcudluğumuzdur" adlı tədbir keçirilib

Suraxanı rayonu 279 nömrəli tam orta məktəbdə "Ekoloji mühit və ekoloji tarazlıq bizim mövcudluğumuzdur" adlı tədbir keçirilib
29 may 2024-cü ildə Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbdə Suraxanı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatı və "Suraxanı oil" əməliyyat şirkətinin tərəfdaşlığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə, 28 May Müstəqillik Günü və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan "Ekoloji mühit və ekoloji tarazlıq bizim mövcudluğumuzdur" adlı tədbir keçirildi.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, "Suraxanı oil" əməliyyat şirkətinin nümayəndəsi, Ətraf Mühitin qorunması üzrə beynəlxalq ekspert, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı layihələrinin sabiq koordinatoru Çingiz Məmmədov, Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva və məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur.
Tədbirə məktəbdə yaradılmış "Tullantıdan sənətə”, “Yaşıl layihə-təbiəti qoruyanlar”, “Suya qənaət" və başqa bu səpkidə layihələrə baxışla start verilmişdir. Daha sonra məktəbin akt zalında davam edən tədbirin gedişatında "Suraxanı oil" əməliyyat şirkətinin nümayəndəsi, Ətraf Mühitin qorunması üzrə beynəlxalq ekspert, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı layihələrinin sabiq koordinatoru Çingiz Məmmədov tərəfindən intelektual viktorina keçirildi .Qalib gələn şagirdlər təltif olundular.
Daha sonra tədbir şagirlər tərəfindən hazırlanmış bədii hissə ilə davam etdirilmişdir.