“ Siyasi partiyalar haqqında” yeni qanun ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə xidmət edir

“ Siyasi partiyalar haqqında” yeni qanun ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə xidmət edir

Gülnarə Hənifəyeva

YAP Suraxanı rayon təşkilatının  ƏPT-nin sədri

Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru

Bugün ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam həyata keçirilir. İdarəçilikdə islahatlar, intitutlaşma tendensiyası, cəmiyyətin istəklərinə çevik reaksiyanın verilməsi üçün tədbirlər durmadan həyata keçirilir. Həmçinin ölkəmizin təhlükəsizliyi, daxili sabitliyin qorunması “Siyasi partiyalar haqqında” qanunun qəbulunu zəruri edirdi.

1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz demokratik idarəçiliyi seçdiyi üçün çoxpartiyalı sistemi əsas götürdü. Qısa vaxt ərzində ölkəmizdə xeyli sayda partiyalar yaradıldı. Siyasi partiyalarla bağlı ölkəmizdə ilk qanun 1992-ci il 3 iyunda qəbul edilmişdir. Şübhəsiz ki, keçən 31 il ərzində həm ölkəmiz, həm regionumuz, həm də ümumən dünya sistemində xeyli dəyişikliklər baş vermişdir. Cəmiyyətin tələbləri dəyişmişdir. Onun üçün də qanunda dəyişikliklərə ehtiyac yarandı.

Qanunun müzakirəsində xeyli partiyalar iştirak etdi. Hökumət tərəfindən müxalifət partiyalarının da təklifləri  dinlənildi. Hətta onların istəkləri ilə bəzi dəyişikliklər də edildi. Nəhayət bir neçə ay çəkən müzakirələrdən sonra, 2022-ci ilin dekabrında Milli Məclis “Siyasi psrtiyalar haqqında” qanunu qəbul etdi.2023-cü ilin 11 yanvar tarixində isə prezident  İ.Əliyev tərəfindən təsdiq edildi. Çoxpartiyalı sistemin daha da inkişafı və siyasi sistemin təkmilləşdirilməsi baxımından qanunun qəbulu mühümdür və təqdirəlayiqdir. Qanun 6 fəsil və 30 maddədən ibarətdir.

Qanun bir sıra mütərəqqi ölkələrin qanunları və Venesiya komissiyasının standartlarına uyğunlaşdırılıb. Qanunda partiyaların sənədləşmə işləri ilə əlaqədar bir sıra bürokratik əngəllər aradan qaldırılıb. Mühüm dəyişikliklərdən biri də budur ki,partiyanın dövlət qeydiyyatına alınması üçün 10.000 yox 5000 nəfər üzv lazımdır. Bu da siyasi azadlığı tərənnüm edir və partiya yaratmağı asanlaşdırır. Beləliklə, də hərbir vətəndaşın partiya yaratmaq və ya partiyaya üzv olmaq hüququ qorunub. Çoxpartiyalı sistemin olduğu ölkələrdə siyasi dialoqa, partiyalararası fikir mübadiləsinə hər zaman ehtiyac var. Yalnız bu yolla inkişafa nail olmaq mümkündür. Hələ, siyasi vəziyyətin çətin olduğu 90-cı illərdə Ulu Öndər Heydər Əliyev müxtəlif məclislərdə və toplantılarda müxalifət partiyaları ilə görüşər və söhbət edər, onları dinləyərdi.

Partiyalararası  müzakirələr ölkəmizi xarici təhdidlərdən də, təhlükələrdən də qoruyar. Necə ki,biz bunu 44 günlük şanlı Vətən müharibəsində gördük. İqtidarlı-müxalifətli 47 partiya haqq savaşında dövlətimizin yanında olduğu haqqında bəyanat verdilər. Bunun ümummilli məsələlərdə necə mühüm əhəmiyyət kəsb etdiyini hərkəs bilir.

Qanunun mühüm bəndlərindən biri budur ki, xaricdə yaradılan partiya Azərbaycan Respublikasının ərazisində siyasi fəaliyyət göstərə bilməz. Həmçinin ölkəmizdə qeydiyyatdan keçən partiya xaricdən maliyyələşə bilməz. Bax bu bəndlər ölkəmizin xarici təhlükələrdən qorunması üçün çox vacib idi. Ölkəmizə xaricdən müdaxilə üçün fürsət gözləyən qüvvələrin planlarını puça çıxardı. Qanunun qəbulu partiyalararası rəqabətə böyük təkan verəcək. Çünki, qeydiyyatdan keçmək üçün 5000 nəfər üzv toplamaq üçün mütləq aktiv fəaliyyət lazımdır. Həmçinin 2 dəfə ard-arda keçirilən seçkilərdə iştirak etməyən partiyaya dövlət tərəfindən yardım edilməyəcək. Hətta o partiya ləğv də edilə bilər. Bütün bunlar partiyalararası rəqabəti artıracaq.

Beləliklə, bu qanunun qəbulu ölkəmizin siyasi inkişafına təkan verəcək,vətəndaş cəmiyyətinin formalaşmasına öz töhfəsini verəcək,siyasi plüralizmin inkişafını dəstəkləyəcəktir.Qanun imkan verəcək ki,ən mühüm problemlər sivil ölkələrdəki kimi siyasi dialoq yolu ilə çözülsün.

Cənab prezidentin həyata keçirdiyi islahatların mühüm tərkib hissələrindən biri olan “ Siyasi partiyalar haqqında” qanun ölkəmizin iqtisadi və siyasi inkişafına mühüm töhfələr verəcək, ölkəmizin parlaq gələcəyinə işıq salacaq!