Azərbaycan güclü və etibarlı tərəfadaş qismində dünya üçün vacib qüvvəyə çevrilib.

Azərbaycan güclü və etibarlı tərəfadaş qismində dünya üçün vacib qüvvəyə çevrilib.

Eldar Mirzəliyev

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu  Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq Məsələləri Daimi Komissiyasının sədri

Azərbaycan bu gün həm Avropa, həm də Asiya üçün vacib qüvvəyə çevrilib. Ölkəmizi güclü və etibarlı tərəfdaş qismində görən dünya siyasətinin qabaqcıl və nüfuzlu simaları dövlətimizin lideri cənab İlham Əliyevə olan simpatiyalarını da dilə gətirirlər. Ölkəmizin siyasi reytinqinin yüksəlməsi, mövqelərinin güclənməsi həm Qərb, həm də Şərq tərəfindən etiraf edilir.


Dövlət başçısının son səfərləri onu göstərir ki, Azərbaycan Avropa və Asiya arasında əlaqələndirici rol oynayır. Bu isə ölkələr arasında yeni münasibətlərin qurulması, keçmiş ənənələrin bərpası üçün əhəmiyyət kəsb edir.

Həmçinin Mərkəzi Asiyaya olan səfərlər təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan türkdilli dövlətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi siyasətinə yönəlmişdir. Türk dövlət başçılarının qarşılıqlı və ardıcıl səfərləri türk birliyinin nümunəsidir və tezliklə sarsılmaz bir gücə çevriləcəyinə inanırıq.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı Bişkekdə xalqımızınümummilli lideri Heydər Əliyevin adını daşıyan 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin, Nizami Gəncəvi adına 103 saylı məktəbin, Qırğızıstan-Azərbaycan Dostluq Parkınınaçılması Azərbaycan xalqına, tarixinə və mədəniyyətinə olan etiramın nümunəsidir. Bakı və Bişkekin qardaşlaşmış şəhərlərəçevrilməsi, gələcəkdə isə türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşa şəhərinin də Qırğızıstanın digər şəhərləri ilə qardaşlaşacağı iki dövlət arasında dostluq münasibətlərini gücləndirəcək.
İnvestisiyaların cəlb edilməsi, iş yerlərinin yaradılması və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması, Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə vəistismarına başlamaq barədə qərarlar, mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı məsələlərin ətraflı müzakirəsi mühüm əhəmiyyətə malikdir.


Azərbaycan okeana birbaşa çıxışı olmasa da, artıq nəqliyyat şəbəkəsinə çevrilibdir. Zəngəzur dəhlizinin və Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikilib, istismara verilməsindən sonra Avropa və Asiya arasında yükdaşıma daha da rahatlaşacaqdır. Bu layihələrin həyata keçirilməsində yalnız Azərbaycan deyil, Avropa və Asiya ölkələri də maraqlıdır vədəstək verməyə hazırdırlar.


Bütün bu uğurlar cənab İlham Əliyev və onun yürütdüyü müstəqil və inamlı siyasətin nəticəsidir. Bu da onu deməyə əsas verir ki, ölkə başçısının yürütdüyü siyasətinin təməli Azərbaycanın milli maraqlarına söykənir və vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasına yönəlmişdir.