Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır

Zəkiyə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin fondun baş mühafiziçisi
Son beş ildə ölkəmiz Azərbaycan tarixinin şanlı səhifələrini yazmaqdadır. Azərbaycan Respublikasının Prezidenti bunu “Əl-Ərəbiyyə” telekanalının müxbirinə belə şərh edir: “Təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı.”
Bu qələbəni Azərbaycan xalqının XXI əsrdə qazandığı ən böyük zəfər tariximizin başlanğıcı hesab etmək olar. Cənab Prezident baş verənlərin mahiyyətini aydın izah edərkən bildirdi ki, “I Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı. 2020-ci ilədək mənasız danışıqlar prosesində iştirak etdik. 2020-ci ildə isə II Qarabağ müharibəsi başladı və biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik.”
Daha sonra Azərbaycan Ermənistana sülh prosesini başlamağı təklif etdi. Biz sülh sazişinin layihəsini təqdim etdik. Bu ilin avqustun 8-də Azərbaycan və Ermənistanın Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanmış sənədlərin imzalanması qarşıdurmanın və gərginliyin sonu deməkdir. Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır.
Azərbaycan artıq “Böyük Qayıdış” proqramının icrasına start verib. Zəngəzur dəhlizinin reallaşması ilə bağlı sualı cavablandıran cənab Prezident tarixi faktları ən xırda detallarına qədər izah etdi. Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır. Bu dəhlizin açılması yolunda ölkə başçısının apardığı səylərin vacibliyini vurğulayaraq dedi: “Bizim üçün əsas odur ki, yol tikilsin və beynəlxalq təhlükəsizlik zəmanətli olsun. Azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər.”
Azərbaycan Respublikasının Prezidenti xüsusi olaraq bildirir ki, “Biz İran Prezidenti ilə çox yaxşı işgüzar münasibətlər qurmuşuq. İran Prezidenti Azərbaycana iki dəfə səfər edib. O, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. Biz siyasətimizi İran xalqı tərəfindən seçilən Prezident kimi siyasətçilərlə əsasən qururuq.”
Bu dəhliz təkcə Azərbaycanla Azərbaycan arasında deyil, təkcə Şərqlə Qərb arasında deyil, həm də Şimalla Cənub arasında bağlantıdır.