YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında təmsil olunan üzvlərlə görüşlər uğurla həyata keçirilir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında təmsil olunan üzvlərlə görüşlər uğurla həyata keçirilir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsi 13/14 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun, ƏPT-nin sədri Niftiyev Nizami Zəkulla oğlunun, sədr müavini Rüstəmova Aybəniz Xanlar qızının və digər üzvlərin iştirakı ilə YAP-ın Mərkəzi Aparatının təlimatları, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçotun səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı görüş keçirilmişdir.

Öncə bir qrup gənc Heydərçilərin ifasında Azərbaycanın Dövlət himni, şeirlər və mahnılar səsləndirilmişdir. Daha sonra ərazi partiya təşkilatının sədri Nizami Niftiyev YAP üzvlərini salamlayaraq tədbiri açıq elan etdikdən sonra ƏPT tərəfindən son dövrlərdə görülən işlər haqqında ətraflı məlumat vermişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsi 13/14 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvləri qarşısında ƏPT-lərdə ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması ilə əlaqədar təsdiq olunmuş tədbirlər planının icrasının təmin olunması, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili, YAP Suraxanı rayon təşkilatının maliyyə - uçot işinin təkmilləşdirilməsi, YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Sonda YAP üzvü Səfərova Bəyim Bədəl qızına vəsiqə təqdim edilmişdir.