Şəhid Şahmar Səfərov doğum günü ehtiramla yad edilib

Şəhid Şahmar Səfərov doğum günü ehtiramla yad edilib

44 günlük Vətən müharibəsində canından keçərək Şəhidlik məqamına yüksəlmiş igid oğullarımızdan biri  Səfərov Şahmar Nazim oğlunun bu gün doğum günüdür. Bu münasibətlə sentyabrın 1-də II Fəxri Xiyabanda Şəhidimizin məzarı ziyarət edilmiş, qəbri üstünə gül dəstələri düzülmüş, dualar oxunmuşdur.

Tədbirdə  Milli Məclisin deputatı Qaya Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Dəniz Aslan, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və şəhidin doğmaları iştirak etmişlər.

YAP Suraxanı rayon təşkilatının müavini Salman Əbdülov bildirdi ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Yerli təşkilatın sədri xüsusi vurğulamışdır ki, Şəhidlərimizin doğum və anım günləri müdrik xalqımızın qürur tarixidir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.