Şamil Ənvəroğlunun yeni kitablarının təqdimatı keçirilib
25 oktybar 2025-ci il tarixdə Bakı Gənclər Mərkəzində, Ahəng Psixoloji Dəstək və İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə Yazıçı-publisist Şamil Ənvəroğlunun Qərbi Azərbaycandan deportasiyaya, Qarabağ müharibəsinə və müqəddəs şəhid ruhlarına həsr edilən “Yaşanmayan ömürlər” romanı və “Məni sevsən, elə sev ki…” şeirlər kitabının təqdimatı keçirilib.
Tədbirdə Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Qərbi Azərbaycan İcmasının sədr müavini, YAP İdarə heyətinin üzvü Hikmət Babaoğlu, Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Pərvin Kərimzadə, Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, YAP-ın Suraxanı rayon təşkilatının məsul əməkdaşı Ənvər Haqverdiyev, digər rəsmi şəxslər, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Yeni kitablar haqqında qısa məlumat verən romanın tanıtımı ilə bağlı videoçarx təqdim edildi.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Qərbi Azərbaycan İcmasının sədr müavini, YAP İdarə heyətinin üzvü Hikmət Babaoğlu, Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Pərvin Kərimzadə, Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, YAP-ın Suraxanı rayon təşkilatının məsul əməkdaşı Ənvər Haqverdiyev və digər natiqlər Şamil Ənvəroğlunun yaradıcılığına xəyali səyahət edərək, onun yazılarında Vətən niskili, Göyçə həsrəti olduğunu ifadə etmişlər. Çıxışçılar bir ortaq fikri də diqqətə çatdırıblar ki, Şanlı Zəfərdən sonra qəhrəmanlıq mözvusunda ədəbi əsərlər yazılmalıdır.
Tədbir mədəniyyət və incəsənət xadimlərinin çıxışları ilə davam etmişdir.