Şəhid Nazim Kirxlarovun anasının 60 illik yubileyi qeyd olunub 

Şəhid Nazim Kirxlarovun anasının 60 illik yubileyi qeyd olunub 
9 aprel şəhid Nazim Kirxlarovun anası Sultanxanım Kirxlarovanın doğum günüdür. Şəhid anasının 60 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın aparatının əməkdaşları ailəni ziyarət edərək şəhidin anasını təbrik etmiş, şəhid ailəsinin qayğıları ilə maraqlanmışlar.

Səmimi söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın sosialyönümlü, vətəndaşmərkəzli siyasətindən söz açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, rayonumuzda bu sahədə ciddi iş aparılmaqdadır. İstər Vətən müharibəsi ərəfəsində, istərsə də post-müharibə dövründə xalqımız bir amal uğrunda, öz rəhbərinin ətrafında monolit şəkildə birləşməyi bacarmışdır. Vüqar Seyidov əlavə etmişdir ki, şəhidlərimiz müqəddəs Vətən torpağına, dəyərli ailə üzvləri isə bizlərə əmanətdir.

Sonda şəhid anası Sultanxanım Kirxlarova dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişdir.