Şəhid Mehdi Fərzullazadənin anasının 50 illik yubileyi qeyd olunub

Şəhid Mehdi Fərzullazadənin anasının 50 illik yubileyi qeyd olunub

18 iyun şəhid Mehdi Fərzullazadənin anası Elvira Fərzullazadənin doğum günüdür. Şəhid anasının 50 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri ailəni ziyarət edərək şəhidin anasını təbrik etmiş, şəhid ailəsinin qayğıları ilə maraqlanmışlar.

Səmimi söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın sosialyönümlü, vətəndaşmərkəzli siyasətindən söz açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, rayonumuzda bu sahədə ciddi iş aparılmaqdadır. İstər Vətən müharibəsi ərəfəsində, istərsə də post-müharibə dövründə xalqımız bir amal uğrunda, öz rəhbərinin ətrafında monolit şəkildə birləşməyi bacarmışdır. Vüqar Seyidov əlavə etmişdir ki, şəhidlərimiz müqəddəs Vətən torpağına, dəyərli ailə üzvləri isə bizlərə əmanətdir.

Sonda şəhid atası Zaman Fərzullazadə və anası Elvira Fərzullazadə dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.