Qazi Elvin Mirzəyevin toy mərasimi keçirilib

Qazi Elvin Mirzəyevin toy mərasimi keçirilib

25 may 2026-cı il tarixdə Vətən Müharibəsi Qazisi Elvin Mirzəyevin toy mərasimi keçirilib. Toy mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini – sektor müdiri Elmar Hüseynov, Suraxanı RİH-nin nəzdində Layihə Smeta Bürosunun rəisi Şaiq Səfərov, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, Hövsan QİƏD üzrə Nümayəndəliyinin baş məsləhətçisi Bəhmən Məmmədov və digər şəxslər ştirak etmişlər

Toy məclisi Azərbaycanın Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Toy mərasimində çıxış edən YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev YAP Suraxanı rayon təşkilatının sədri hörmətli Vüqar Seyidovun tapşırığı ilə toy məclisində iştirak etdiyini qeyd edərək yerli təşkilatın sədrinin adından Vətən Müharibəsi Qazisi Elvin Mirzəyevi təbrik edərək xoşbəxtlik diləmişdir.

Göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına dərin minnətdarlıq bildirilmişdir.