Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti çox önəmlidir
Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmıənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22-də keçirilən görüşü bir daha sübut edir ki, iki dövlət arasında olan münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mənəvi və mədəni əlaqəlar üzərində qurulub. İki ölkənin nüfuzlu beynəlxalq və təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha təsdiqlədi. Türkmənistanla Azərbaycan Respublikası arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək.
Prezident İlham Əliyev hələ Vətən müharibəsinin gedişi zamanı bölgədə kommunikasiya xətlərinin açılmasının, Zəngəzur dəhlizinin bərpa olunmasının vacibliyini dəfələrlə öz çıxışlarında, görüşlərində vurğulamışdı. Yeni reallıqların yaxın gələcəkdə böyük əhəmiyyətini və səmərəsini hiss edən dünya gücləri də birmənalı olaraq Azərbaycanı dəstəkləyirlər.
Cənubi Asiya və Cənubi Qafqazın nəqliyyat-logistika imkanlarına yanaşma da deməyə əsas verir ki, Mərkəzi Asiya ölkələrinin yeni nəqliyyat dəhlizlərindən, o cümlədən Azərbaycanın tranzit imkanlarından istifadə maraqları çox böyükdür. Digər vacib məqamlardan biri də Aşqabad müqaviləsi ölkələrinin Avropaya reinteqrasiyası üçün yeni perspektivlər yaratmışdır. Bu ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Avrasiya bazarlarına çatdırılması Şərqi Zəngəzur və Qarabağın iqtisadi potensialının artırılmasınad da xüsusi pol oynaya bilər.
Artıq bir sıra Asiya ölkələri yeni imkanların fərqindədir. Xüsusilə Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti çox önəmlidir, nəqliyyat-kommunikasiya və iqtisadi-ticari sahələrdə Azərbaycan ilə regional əməkdaşlığın inkişaf etdirilməsi xüsusi maraq doğurur.
Azərbaycan tarix boyu heç vaxt bu qədər güclü və qüdrətli olmayıb. İlham Əliyevin liderliyi ilə regionda tarixi ədaləti bərpa edən ölkəmiz Cənubi Qafqazda sülhün, sabitliyin, inkişaf və tərəqqinin aparıcı qüvvəsidir.