Şəhid Cavid Cabarzadənin doğum günü ehtiramla yad edilib
10 avqust Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalan əsgər Cabarzadə Cavid Qorxmaz oğlunun doğum günüdür. Şəhidimizin doğum günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, YAP Suraxanı rayon təşkilatının sədr muavini Salman Əbdülov, Şəhid valideynləri və rayon ictimaiyyəti Şəhidin II Fəxri Xiyabanda məzarını ziyarət edib, önünə gül dəstələri düzərək dualar oxuyub, ruhunu böyük ehtiramla anıblar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
II Fəxri Xiyabanda Cabarzadə Cavid xatirəsinə ehsan süfrəsi açılıb. Həmçinin, ehsan süfrəsində Şəhidimizin ruhuna dualar oxunmuş və doğmalarına dərin hüznlə baş sağlığı verilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.