Şəhid Azər Qasımovun ailəsi ziyarət edilmişdir
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban verən igidlərimizdən biri də Azər Qasımovdur. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini olmuş Azər Qasımovun ailəsi Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov tərəfindən ziyarət olunmuş, ailənin qayğıları ilə maraqlanılmışdır.