Şəhid anası Afət Nəcəfi üç mərasimində ehtiramla yad edilib

Lokal antiterror tədbirləri zamanı şəhid olan mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi 62 yaşında, öz doğum günündə dünyasını dəyişib. 18 avqust 2025-ci il tarixdə Şəhidin anasının Hövsan qəsəbəsində təşkil olunan üç mərasimində YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısının müavini Xəqani Nəzərov, digər rəsmi şəxslər, şəhid ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmiş, dərin hüznlə başsağlığı vermişlər.