Səfər çərçivəsində əldə olunan razılıqlar Azərbaycan–Çexiya münasibətlərinin dinamik inkişafına sübutdur

Səfər çərçivəsində əldə olunan razılıqlar  Azərbaycan–Çexiya münasibətlərinin dinamik inkişafına sübutdur

Vüsalə Məmmədrəhimova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan–Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini və siyasi dialoqun daha sistemli xarakter aldığını göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiš arasında keçirilən görüş və mətbuata verilən bəyanat iki ölkə arasında siyasi dialoqun yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, görüş zamanı həm ikitərəfli, həm regional, həm də qlobal xarakterli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Bu isə tərəflərin yalnız məhdud gündəliklə deyil, daha geniş geosiyasi baxış çərçivəsində əməkdaşlıq etdiyini təsdiqləyir.

Baş nazirin Azərbaycana rəsmi səfəri və bu səfər çərçivəsində keçirilən danışıqlar Azərbaycan–Çexiya münasibətlərinin dinamik inkişaf etdiyini göstərən mühüm göstəricilərdən biridir. Bu, eyni zamanda qarşılıqlı siyasi iradənin mövcudluğunu ortaya qoyur. Azərbaycan və Çexiya arasında münasibətlərin qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri üzərində qurulması əməkdaşlığın davamlılığını təmin edən əsas amillərdəndir. Bu yanaşma hər iki tərəfin milli maraqlarına uyğun siyasət yürütməsinə imkan yaradır.

Siyasi münasibətlərin inkişafı iqtisadi və digər sahələrdə əməkdaşlığın genişlənməsinə birbaşa təsir göstərir. Bu baxımdan siyasi dialoq digər istiqamətlər üzrə tərəfdaşlığın hərəkətverici qüvvəsi kimi çıxış edir. Siyasi dialoqun fəallaşması dövlətlərarası münasibətlərin dərinləşməsi üçün əsas şərtlərdən biri hesab olunur. Bu baxımdan tərəflər arasında formalaşan müntəzəm təmaslar gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Beləliklə, bu görüşün ilk rəsmi təmas olmasına baxmayaraq, əldə olunan nəticələr onun yüksək səviyyədə təşkil olunduğunu və qarşılıqlı maraqlara əsaslandığını göstərir.