Respublika ərazisində ilk dəfə dövlət suverenliyimiz tam bərpa olundu

Respublika ərazisində ilk dəfə dövlət suverenliyimiz tam bərpa olundu

İlqar Əhədov

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin müəllimi

2020-ci il 27 sentyabr - 10 noyabr tarixlərini əhatə etmiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğal olunmuş ərazilərinin böyük hissəsinə (Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Ağdam rayonlarının böyük hissəsi) nəzarəti bərpa etdi. İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi və diplomatik qələbəsi ilə başa çatdı. Cənubi Qafqazda geosiyasi vəziyyəti köklü şəkildə dəyişdi. 

Ermənistan ordusu böyük itkilər verdi və işğal etdiyi ərazilərin çox hissəsindən çıxmağa məcbur oldu. Lakin, əldə edilmiş üçtərəfli bəyanata əsasən ərazilərimizin bir hissəsi müvəqqəti olaraq düşmən  nəzarəti altında qalmış oldu. Əldə olunan razılığa əsasən həmin ərazilərdə Ermənistan ordusuna məxsus silahlı qüvvələr tədricən çıxarılmalı və Rusiya sülhməramlı qüvvələri ilə əvəz olunmalı idi. Lakin, nə Ermənistan tərəfi, nə də Rusiya sülhməramlı qüvvələri deyilənlərə əməl etmək istəmərdi. Nəticədə Azərbaycan tərəfi real tədbirlər görməyə məcbur oldu.

 Antiterror əməliyyatının həyata keçirilməsi üçün real səbəblər var idi. Rusiya sülməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərdə qanunsuz erməni silahlı dəstələrinin toplanması və mina hücumları nəticəsində Azərbaycan hərbiçiləri və mülki şəxsləri həlak oldu. Qarabağdan Ermənistan ordusuna məxsus silahlı qüvvələr tamamilə çıxarılmadı. Regionda Azərbaycanın suveren hüquqlarının bərpasına mane törədildi. 

2023-cü il 23 sentyabrda Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərdə erməni silahlı birləşmələrinə qarşı lokal antiterror əməliyyatına başladığını elan etdi. Əməliyat təxminən 24 saata kimi davam etdi. Bu zaman ərzində düşmən mövqeləri dəqiq zərbələrlə məhv edildi. Qarabağdakı qanunsuz silahlı dəstələr tərksilah olunmağa razı oldu, atəşkəs imzalandı.               

Nəticədə qanunsuz silahlı birləşmələr tərksilah edildi. Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində təmin ediləcəyi bildirildi. Respublika ərazisində ilk dəfə dövlət suverenliyimiz tam bərpa olundu.

Qeyd etmək lazımdır ki, hələ, 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etmişdi. Lakin, bu sənəd formal xarakter daşımışdı. Çünki, Konstitusiyamızın fəaliyyətinə, qanunlarımızın icrasına manelər törədilmişdi. Azərbaycan rəhbərliyi Xankəndi və Qarabağın digər ərazilərinə nəzarəti təmin edə bilmirdi. Bu isə bizim suveren hüquqlarımızın pozulması demək idi.    

Tariximizdə ilk dəfə suverenliyimizi bərqərar edən dövlət rəhbəri, prezidentimiz İlham Əliyev oldu. 2023-cü il 19 senntyabrda başlayan və bir sutkadan da az davam edən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Qarabağ iqtisadi rayonunda seperatizmin kökü kəsildi. Dövlətimizin suverenliyi bütün ərazilərimizdə bərqərar edildi. Azərbaycan bayrağı Xankəndi və  ərtaf ərazilərdə dalğalanmağa başladı. 2024-cü ildə ilk dəfə bütün Respublika ərazisində Prezident və parlament seçkiləri keçirildi.

Bundan sonra 20 sentyabr hər il Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq.