Rəsmi səfər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafı baxımdan mühüm hadisədir
Gülnaz Hüseynova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayon, 85 nömrəli tam orta məktəbin müəllimi
11 mart 2026-cı ildə Antonio Costa Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş keçirilmiş və tərəflər birgə mətbuat bəyanatı ilə çıxış etmişlər. Görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və enerji sahələrində əmakdaşlıq məsələləri geniş müzakirə olunmuşdur.
Bu səfər Azərbaycan- Aropa İttifaqı münasibətlərinin dahada inkişaf etdirilməsi baxımdan mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Avropa İttifaqı Azərbaycanın əsas tərəfdaşlarından biridir və son illərdə tərəflər arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Görüşün əsas məqsədi siyasi dialoqun genişləndirilməsi, regional sabitliyin təmin olunması və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi olmuşdur.
Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafı:
Prezident İlham Əliyev bəyanatında qeyd etmişdir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Son illərdə tərəflər arasında yüksək səviyyəli görüşlərin keçilməsi münasibətlərin daha da möhkəmlənməsinə səbəb olmuşdur. Prezident İlham Əliyev vurğulamışdı ki, Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi təeəfdaşlarından biridir və ölkənin xarici siyasətində mühüm rol oynuyur. Eyni zamanda, tərəflər arasında yeni əmakdaşlıq mexanizmlərinin yaradılması istiqamətində işlər davam elətdirilir.
Enerji sahəsində əmakdaşlıq:
Prezident İlham Əliyevin bəyanatında enerji əmakdaşlığı xüsusi yer tutmuşdur. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol ounayan ölkələrdən biri kimi qiymətləndirilir. Azərbaycanın zəngin enerji resusları və xüsusi ilə qaz ehtiyatları Avropa ölkələri üçün mühüm əhəmiyyət daşıyır.
Regional təhlükəsizlik və sülh məsələləri:
Görüş zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunmuşdur. Prezident İlham Əliyev çıxışında Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinin vacibliyini qeyd etmişdir. O, bildirmişdir ki, Azərbaycan regionda uzun müddətli sülhün təmin olunması üçün fəal siyasət yürüdür. Avropa İttifaqıda regionda sülh prosesinə dəstək göstərir və tərəflər arasında dialoqun inkişaf etdirilməsinə kömək edir.
Preazident İlham Əliyev qeyd etmişdir ki, Antonio Koştanın Azərbaycan səfəri iki tərəf arasında münasibətlərin inkişafına mühüm töhvə verəcəkdir. Bu səfər azərbaycan ilə Avropa İtifaqı arasında siyasi dialoqun gücləndirilməsinə xidmət edir. Görüş həmçinin beynəlxalq və regional məsələlərin müzakirəsi baxımdan da əhəmiyyətli olmuşdur. 11 mart 2026-cı ildə Avropa İttifaqı Şurasının Prezidenti Antoni Koştanın Azərbaycan səfəri və Prezident İlham Əliyevnən keçirilən görüş Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafı baxımdan mühüm hadisə olmuşdur.
Bu görüş göstərir ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir və gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi gözlənilir.