Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır 

Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır 
Ülkər Quliyeva
YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini
Suraxanı rayonu 30 nömrəli Ambulatoriyanın həkimi 
Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü tarixi əhəmiyyət kəsb edən hadisə olmaqla yanaşı İcmanın gələcək fəaliyyətinin inkişafına böyük töhvə vermiş olacaq. Prezident İlham Əliyevin qətiyyətinə və Dəmir Yumruğun iradəsinə inanırıq və əminik ki gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar
Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

Dünyadakı siyasi güclər Qərbi Azərbaycanla bağlı tələblərimizə də eyni Qarabağ münaqişəsindəki kimi ikili standartlarla yanaşırlar: “Lakin buna baxmayaraq biz yenə də Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxarmalıyıq. Erməni yalanlarını, erməni saxtakarlıqlarını sona qədər ifşa etməliyik. Çünki Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar.

Bu gün Qərbi Azərbaycana Qayıdış Qarabağ münaqişəsi həll olunandan sonra dövlətimizin gündəliyində duran başlıca məsələlərdən biridir. Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edildiyi kimi, Qərbi Azərbaycana Böyük Qayıdış Proqramı da inanırıq ki, yaxın gələcək də həyata keçəcək. Çünki Azərbaycan xalqının hər sözü əməli fəaliyyətdə öz əksini tapan cənab İlham Əliyev kimi bir lideri var. Ona görə də bizim Qərbi Azərbaycana qayıdacağımız heç kimdə sual doğurmasın. Qərbi Azərbaycana qovuşmağımızla bizi yalnız zaman ayırır.