Qəhrəmanlarımız sayəsində bu döyüşlərdə xalqımız her zamankı kimi igid oğulları ilə yenə də öz sözünü demişdir

Qəhrəmanlarımız sayəsində bu döyüşlərdə xalqımız her zamankı kimi igid oğulları ilə yenə də öz sözünü demişdir

Məlahət İsmayılova

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Bildiyimiz kimi, hər zaman bəşəriyyətdə müharibələr olmuş və bu müharibələr dünyaya müəyyən çətinliklər törətmişdir. Bu müharibələrdən biri də 1939-1945-ci illəri əhatə edən ikinci dünya müharibəsidir. Bu müharibə həqiqətən çox canlar aldı. Hər zamankı kimi öz qəhrəman övladları olan azərbaycan xalqı bu döyüşdə də qəhrəmancasına iştirak etmiş, 600 mindən çox şəhid vermişdir. Bununla da çoxlu qəhrəmanları ilə tarixə düşmüşdür. Bunlara misal olaraq, topun allahı adlandırılan Əliağa Şıxlinski, Həzi Aslanov, Qafur Məmmədov və bir çox qəhrəmanlarımızı misal göstərmək olar. Bu cür qəhrəmanlarımız sayəsində bu döyüşlərdə xalqımız her zamankı kimi igid oğulları ilə yenə də öz sözünü demişdir.

Artıq 78 ildir ki, 9 may - faşizm üzərində Qələbə günü qeyd olunur. İkinci dünya müharibəsində böyük  şücaət göstərmiş azərbaycanlı əsgər və zabitlərin keçdiyi hərb yolu   Avropanın bütün ölkələrində ehtiramla anılır. Ona görə ki, həmin ölkələrdə davam edən partizan hərəkatlarında iştirak edən soydaşlarımız çoxlu sayda  qəhrəmanlıq nümunələri göstərmişlər.

Bu dövrdə neftçilər fədakarlıq göstərmiş, cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Azərbaycan neftçiləri düşmən  üzərində qələbə çalmaq üçün ölkəni və cəbhəni lazım olan qədər yanacaqla təmin etdilər.

Həmçinin, kimya sənayesi zavodları da hərbi məhsulların istehsalına başlamışdı. Bu zavodlarda yanğınsöndürmə avadanlıqları istehsal olunurdu. Rusiyanın Azərbaycandakı sabiq səfiri Vasili İstratov onu vurğulamışdı ki, Azərbaycanın təbii ehtiyatları olmadan Böyük Vətən müharibəsində heç bir qələbə qazanmaq olmazdı. Bu doğrudan da belə idi.

Ümummilli liderimiz Heydər Əliyevin  Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May respublikamızda Qələbə Günü kimi rəsmiləşdirilmiş, dövlət bayramları sırasına daxil edilmişdir. Həmçinin, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilmişdir. Onların xatirəsinin əbədiləşdirilməsində sistemli və ardıcıl tədbirlər görülmüş, imtiyazları və statusları bərpa olunmuşdur.