Nizami Kino Mərkəzində 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi, Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin sakini olmuş Qasımlı Muxtar Əli oğlunun əziz xatirəsinə həsr olunmuş "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirilmişdir. Təqdimatda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova, Milli Məclisin deputatları, Şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.