"Qonağımız var" layihəsi çərçivəsində xalq artisti Həmidə Ömərova ilə görüş keçirilib
İyunun 3-də Suraxanı rayonu Əmircan qəsəbəsi Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində xalq artisti Həmidə Ömərova ilə görüş keçirilib.Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Xalq artisti, kino və teatr aktrisası, televiziya aparıcısı Həmidə Ömərova ilə görüş keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, mədəniyyət işçiləri, digər rəsmi qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aparıcı tədbiri açıq elan edərək bildirib ki, Həmidə Ömərova filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib, "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə alıb. Bir çox filmlərdə, teatr tamaşalarında yadda qalan obrazlar yaradıb.