Qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövlətin mütləq prioritetidir
Ülkər Quliyeva
30 nömrəli ambulatoriyanın həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Prezident İlham Əliyev qazi və şəhid ailələrinə hər zaman xüsusi həssaslıqla yanaşıb. Onların hərtərəfli təminatı üçün bir sıra fərman və sərəncamlar imzalayıb. Həmçinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif lahiyələr həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər dövlətəmizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.
Bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” fərmanı ilə “Yaşat” Fondu təsis edilməsinə də diqqət yetirmək lazımdır. “Yaşat” Fondunun hesabına şahid ailəsi üzvü və yaralının məişət şəraitinin yaxşılaşdırılmasına, təhsil haqqının, istehlak kreditlərinin, tibbi xidmətlərin ödənilməsinə vəsait ayrılıb.
Eyni zamanda indiyə qədər dövlətimiz tərəfindən Vətən müharibəsi qazisi müyinə, müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib .Azərbaycan dövləti üçün II Qarabağ müharibəsinə qədər olduğu kimi indi də əsas prioritet vətəndaşlara, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir.
Vətən Müharibəsində Zəfərin əldə olunmasında müstəsna rola malik olan şəhidlərimizin nəcib bədənləri müqəddəs vətən torpağına, yadigarları olan ailələri isə müdrik xalqımıza və qüdrətli dövlətimizə əmanətdir. Dəfələrlə dövlət başçısı öz çıxışlarında vurğulamışdır ki, ən müasir silahlara malik olsaydıq belə əli silah tutan igid oğullar olmasaydı, biz qələbə əldə edə bilməzdik. Məhz bu amili heç vaxt unutmaq lazım deyildir. Bir vətənpərvər həkim kimi deyə bilərəm ki, mən və çalışdığım tibb müəssisəsi şanlı qələbəmizdən bu günə qədər bütün şəhid ailələri və qazilərin xidmətində ləyaqətlə dayanmışıq. Biz vətəndaşlıq və peşə vəzifələrimizi şərəflə yerinə yetirməklə bir az da olsa şəhidlərimizə olan mənəvi borcumuzu yerinə yetirmiş oluruq.
Şəhilərimizin əziz xatirələri qarşısında ehtiramla baş əyirəm!
Ruhları şad olsun!