Qazaxıstan Azərbaycanla energetika, nəqliyyat, logistika sahəsində inkişafa çox böyük önəm verir
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi şəhrçi
Azərbaycan Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir və əlaqələrin inkişafı üçün son dərəcə önəmli addımlar atır. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm şəkildə davam etməkdədir. Bununla ölkələrarası münasibətlər- sosial, iqtidadi, siyasi, mədəni əlaqələr inkişaf edir. Azərbaycanın belə tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və Qazaxıstan arasındakı qardaşlıq əlaqələri inkişaf etməkdədir. Qazaxıstanla Azərbaycan qardaş xalqlardır. Bizim xalqlarımızın arasında neçə nəsillərdir ki, bu qardaşlıq əlaqələri var:
Xalq olaraq kökümüz, dilimiz, dinimiz birdir. Bu gün də qan, can qohumluğu davam edir. Sovet dönəmində də Ulu Öndərin Qazaxıstana çox böyük səfərləri, əlaqələri olub. Müstəqillik dönəmində də bu yaxınlığı yaradan Ulu Öndər Heydər Əliyev olub. Sonrakı illərdə artıq İlham Əliyev bu sahələrə xüsusi diqqət yönəldib və Orta Asiya xalqları, xüsusilə Qazaxıstanla dostluq, qardaşlıq münasibətlərini daha da inkişaf etdirib. Bu Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin Azərbaycana 1-ci səfəri 2022-ci ilin avqustunda baş tutub. Azərbaycanla Qazaxıstan arasında 40-dan çox sənəd imzalandı və Azərbaycan Prezidentinin Qazaxıstana səfəri nəticəsində də bir sıra işlər görüldü. Bu aparılan danışıqlar, bağlanan müqavilələr xalqlarımızın inkişafına daha böyük səbəb olur. Eyni zamanda Azərbaycan çox strateji, geosiyasi mövqedədir. Orta Dəhliz, qədim İpək yolu Azərbaycandan keçir və bu gün də Qazaxıstan da Azərbaycanla iki ölkə birləşib bu yolun, dəhlizin daha da inkişaf etdirilməsi üçün əllərindən gələni edirlər. Bizim son dövrdə Qazaxıstanla ticari dövriyyəmiz 5 dəfə artıb. Bu, böyük göstəricidir və davam edəcək.
Qazaxıstan Azərbaycanla energetika, nəqliyyat, logistika sahəsində inkişafa çox böyük önəm verir. Əsas Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu, Orta Dəhliz məsələsi gündəmdədir. Trans-Xəzər marşrutu Cənubi Qafqazla Türkiyənin Qazaxıstan, Mərkəzi Asiya Ölkələri, Avrasiya İttifaqı Birliyi və Çinlə daha geniş transregional inteqrasiyası üçün əlavə imlanlar yaradır. Bu mühim lahiyənin həyata keçiriıməsində Qazaxıstanla Azərbaycanın rolu olduqca böyükdür. Şərqlə Qərb arasında əlaqələndirici körpü kimi ölkələrimizin mövqeyi daha da inkişaf edəcək. Son iki ayda Trans-Xəzər beynəlxalq marşrutu ilə Çindən 13 blok qatarı göndərilib. Bunun nəticəsində həmin konteynerin Gürcüstan limanına çatması üçün cəmi 12 gün sərf olunub. Əvvəllər bu müddət hardasa 40-50 gün çəkirdi. Hörmətli oxuculara bildirmək istəyirəm ki, Orta Dəhliz 2014-cü ilin fevralında Azərbaycan-Qazaxıstan-Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaranıb. Sonradan bu layihəyə Ukrayna, Rumıniya, Polşa da qoşuldu. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün bu marşrut boyunca da vahid pəncərə prinsipi tətbiq olunur. Bunlar gələcəyə hesablanmış çox böyük işlərdir.
Təkcə ötən il Orta Dəhliz vasitəsi ilə 2 milyon 700 min ton yük danışıb. Bu da ondan qabaqkı illə müqayisədə 64% çoxdur. Bizim aramızdakı iqtisadi yaxınlıq daha da inkişaf edir, artır. Bunu da qeyd edim ki, 2022-ci ildə Tokayev Azərbaycana gələndə Qarabağa öz töhfəsini vermək üçün Kurmanqazı adına Uşaq Yaradıcılıq mərkəzinin açılması üçün göstəriş vermişdi. Bu səfərində də bu açılışda iştirak etdi, əhaliylə görüşərək söhbət etdi. Qazaxıstan Azərbaycana qardaş münasibəti göstərir. Qasım-Comərd Tokayevin çıxışında Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə çox sevindiyini bildirəndən sonra Ermənistanın siyasiləri tez reaksiya verdilər. Bu məsələni qınadılar ki, Qazaxıstanın Prezidenti Azərbaycandan belə bəyanat verir. Bizim dostluğumuzu, qardaşlığımızı qəbul edə bilmirlər. Buna baxmayaraq biz Qazaxıstan xalqı ilə əl-ələ verib daha böyük işlər görəcəyik. Trans-Xəzər marşrutu daha da inkişaf etdiriləcək. Bu da gələcəkdə həm Qazaxıstana, həm Azərbaycana böyük sərmayələr gətirəcək. Təkcə iqtisadi inkişafa yox, mədəni inkişafa da səbəb olacaq.