2003-2018-ci illərdə Azərbaycan siyasi, iqtisadi, mədəni sferada yüksək inkişafa nail oldu
Günel Atakişiyeva
Xoşbəxt o lider sayılır ki, öz əməlləri ilə xalqının və dövlətinin sonsuz sevgisini qazanır. Məhz bu mənada Azərbaycan Prezidenti İlham Əliyev xoşbəxt dövlət başçısıdır. 2018-ci il 11 aprel Prezident seçkilərində onun qazandığı qələbə bir daha sübut etdi ki, İlham Əliyev heç vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, Azərbaycan xalqının milli maraqlarından irəli gələn müstəqil siyasətin aparıcısıdır.
2003-2018-ci illərdə Azərbaycan siyasi, iqtisadi, mədəni sferada yüksək inkişafa nail oldu. Ordu quruculuğu, sosial həyat, sənaye və kənd təsərrüfatı, regionların tərəqqisi istiqamətində görülən işlər ölkənin nüfuzunu artırdı. Onun beynəlxalq qüdrətinə müsbət təsir göstərən amil oldu. Bu dövrdə yol və nəqliyyat infrastrukturu sürətlə inkişaf etdi. Eləcə də kənd təsərrüfatının inkişafına xidmət edən böyük meliorasiya layihələri işlənib tətbiq olundu. Milli iqtisadiyyatın strukturunda qeyri-neft sektorunun payı, təhsilin, səhiyyənin keyfiyyətinin yüksəlməsi və s. amillər yüksək inkişafa zəmin oldu.
Növbəti dəfə Prezident seçildikdən iki il sonra - 2020-ci ilin 27 sentyabrından başlanan və 44 gün davam edən Vətən müharibəsi Zəfərlə başa çatdı. İlham Əliyevin nə qədər uzaqgörən bir siyasətçi, xalqına, millətinə bağlı bir lider olduğu bir daha sübut olundu. Müharibənin, düşmən işğalının vurduğu yaralar nə qədər dərin olsa da, onların aradan qaldırılması, işğaldan azad edilən torpaqlara qayıdış istiqamətində əsaslı addımlar atılır. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr Ulu Öndər Heydər Əliyevin vaxtilə " Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm " fikrini təsdiq edir.
Millətin, rəhbərlik etdiyi dövlətin bu günü və gələcəyi naminə mübarizə Azərbaycan Prezidentinin amalıdır. Bu yol çətindir. Qarşıya qoyulan vəzifələr yüksək məsuliyyət, yuxusuz gecələr tələb edir. Amma Xalqla Dövlətin vəhdəti bütün çətinliklərə sinə gəriləcəyinə yüksək inam yaradır. Ona görə də Millət Ulu Öndərin yuxarıda səsləndirdiyi fikirlərə qətiyyətlə dəstək verir.