Qazağıstan və Azərbaycan münasibətləri əməkdaşlıq türk respublikaları arasındakı əlaqələrinin növbəti mərhələsidir

Qazağıstan və Azərbaycan münasibətləri  əməkdaşlıq türk respublikaları arasındakı əlaqələrinin növbəti mərhələsidir

Elnarə Ataşova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 324 saylı körpələr evi-uşaq bağçasının müdir əvəzi

Azərbaycan ilə Qazağıstan münasibətləri qədim tarixə malikdir. Eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdir. Hər iki dövlət SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Azərbaycan ilə Qazağıstan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusi ilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr  1992- ci ilin avqust ayının 30-da qurulmuşdur. Orta Asiya dövlətləri arasında Qazağıstan həm ərazi böyüklüyünə, həm təbii ehtiyatlarla zənginliyinə görə, həm də qərblə-şərq arasındakı nəqliyyat yollarının keçməsinə görə xüsusi əhəmiyyət kəsb edir.

2022-ci il 24 avqust tarixində prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına səfəri baş tutmuşdur. Bu səfər çox böyük əhəmiyyət daşıyır. Bu səfər ölkələrimiz arasında yeni bir səhifənin, mərhələnin başlanğıcıdır. Kasım-Jomart Tokayev Bakıda Azərbaycan Prezidentini münasibətlərimizin inkişafındakı xüsusi xidmətlərinə görə ən ali ordenlə  “Altın kıran” – “Qızıl qartal” ordeni ilə təltif etdi. ”Bunu iki xalq arasında dostluq və qardaşlığın təsdiq olunması ilə yanaşı, Prezident İlham Əliyevin Azərbaycan-Qazağıstan münasibətlərinin möhkəmlənməsi yolunda gördüyü işlərə verilən yüksək qiymət kimi dəyərləndirmək olar.  

Bu münasibətlərin inkişafında strateji əlaqələrin müttəfiqlik səviyyəsinə çatdırılması istiqamətində hər iki dövlət önəmli addımlar atır.  Azərbaycan Avropaya çıxış qapısı kimi qiymətləndirilir ki, bu da ölkələrimiz üçün çox böyük əhəmiyyət daşıyır. Bütün sahələrdə - ticari, iqtisadi, humanitar, nəqliyyat, mədəni, elmi, analitik, turizmin inkişafı və sair sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur.

Qazağıstan siyasi sahədədə Azərbaycanla dost mövqeyindədir. Beləki Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa edərkən, Dağlıq Qarabağ məsələsində də Azərbaycan Respublikasından öz dəstəyini əsirgəməmişdir. Hal–hazırda Qarabağın yenidən qurulmasında Qazağıstan dövlətinin iştirakı dostluğumuzun bariz nümunəsidir.  Qazağıstan keçmiş  Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı rəsmi görüşə ev sahibliyi etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Prezidenti Robert Köçəryanla 15 sentyabr 2004-cü ildə Astanada görüşmüşdür.  

Azərbaycan və Qazağıstan nəqliyyat sahəsində də əməkdaşlığını inkişaf etdirməkdədir. Nəqliyyat sahəsində tez-tez görüşlər keçirilir. Həmin görüşlər zamanı iki ölkə üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminin artırılması, daşıma tariflərinin optimallaşdırılması, gömrük prosedurlarının sinxronlaşdırılması barədə mühüm addımlar atılmışdır.

Azərbaycan-Qazağıstan arasında nəqliyyat əlaqələri müsbət tendensiyalar əsasında inkişaf edir. Ölkələrarası ticarət əlaqələri də hər daim inkişaf edir. Bakı şəhərində Qazağıstan istehsalçılarının və xidmət təminatçılarının təmsil olunduğu Qazağıstan Ticarət-İqtisadi Missiyası keçirilmişdir.

İki dövləti birləşdirən Orta Dəhlizin çox böyük əhəmiyyəti vardır. Qazağıstanda və Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılmışdır. Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət, kommunikasiya əlaqələrini nəzərdə tutan beynəlxalq bir keçiddir.

2004-cü il martın 1- də Qazağıstan Respublikasının Astana şəhərində “Azərbaycan Respublikası və Qazağıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında”  Bəyannamə imzalanmışdır. Bəyannamə iki dövlətin dostluq münasibətlərinin inkişafında çox böyük əhəmiyyət kəsb etmişdir. Beləki bu bəyannamə, tərəflər arasındakı strateji tərəfdaşlığı möhkəmləndirdi. Siyasi əlaqələri və qarşılıqlı fəaliyyəti daha da dərinləşdirdi.  Belə tarixi hadisələr gələcək illərdə də dostluq və qardaşlıq münasibətlərinin inkişafina zəmin yaradır.